Eko-fəallar Şuşada qarlı havada aksiyanı davam etdirir - VİDEO
Baxiş sayı:
Dərc olunub:
31/03/2023 - 18:37
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçilərinin Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyası davam edir.
APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, hazırda hava şəraitinin qarlı olmasına baxmayaraq, eko-fəallar aksiyanı davam etdirir. Aksiyaçılar şüarlar səsləndirərək dünya ictimaiyyətinə çağırış edir.
Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb, 110 gündür davam edir.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.