Qara dənizdə təhlükəsizlik üzrə beynəlxalq konfrans keçiriləcək

Aprelin 13-də Buxarestdə Rumıniya və Ukraynanın təşkilatçılığı ilə Qara dənizdə təhlükəsizlik üzrə beynəlxalq konfrans keçiriləcək.

“Report”un məlumata görə, bu barədə Rumıniyanın xarici işlər naziri Boqdan Auresku “Buxarest doqquzluğu”nun xarici işlər nazirlərinin Lodz şəhərində keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

“Fürsətdən istifadə edərək həmkarlarımı, nazirləri aprelin 13-də Buxarestdə keçiriləcək Qara dənizdə təhlükəsizlik üzrə konfransa dəvət edirəm. Konfrans Rumıniya və Ukrayna tərəfindən xarici işlər və müdafiə nazirləri səviyyəsində birgə təşkil olunur və Krım Beynəlxalq Platformasının himayəsi altında Qara dənizdə təhlükəsizlik üzrə ilk yüksək səviyyəli konfrans olacaq”-deyə, o bildirib.

Onun sözlərinə görə, konfransda Qara dənizdə gələcək təhlükəsizlik mühiti ilə bağlı Ukraynadakı müharibənin nəticələri müzakirə olunacaq.

Qeyd edək ki, “Buxarest doqquzluğu” dövlətləri - Bolqarıstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya, Çexiya və Estoniyadır.

635x100

Şərhlər

t.ədalət 2023-04-01 10:47:15

Qara dənizdə mövcudluğunu itirməyə yaxınlaşan vəhşi Rusiuya buranı ölü dənizə çevirmək istəyir.Bunun qarşısını almaq üçün Rusiyanın özünə məxsus dənizləri sıradan çıxarmağa başlamaq lazımdır.

Son yazılar