Zurabişvili “Gürcü arzusu”na qarşı – Prezident hökuməti sərt tənqid etdi

Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentdə xalqa ənənəvi illik müraciətində hökuməti sərt tənqid edib.

“AzPolitika.info” xəbər verir ki, hətta Prezidentin çıxışı zamanı zaldakı hakim partiyanın təmsilçiləri Zurabişviliyə etirazlarını bildiriblər.

Prezident hökumətin Rusiyameylli siyasət yürütməsinə eyham vurub. Zurabişvili deyib ki, “hökumət Ukraynaya münasibətdə özünü müdrik və diplomatik aparmır”.

Zurabişvili hökumətin məhkəmə və digər sahələrdəki islahatlarının uğursuzluğuna diqqət çəkib və əksər sahələrdə böhranlı vəziyyət yarandığını bildirib. Həmçinin, deyib ki, “Gürcü arzusu” partiyası parlamentin və hökumətin işinə həddindən artıq müdaxilə edir. Müşahidəçilər bununla Zurabişvilinin Bdzina İvanişvilinin “bostanına daş atdığını” bildirirlər.

Prezident deyib ki, məhz hökumətin siyasəti nəticəsində Gürcüstanın Avropa İttifaqı üzvlüyünə namizədliyi məsələsi müşkülə çevrilib.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar