“Bu, çox çətin hərbi tapşırıqdır...” – Mark Milli

Az qala bütün sivil dünya Ukrayna ordusunun uğurlu əks-hücum əməliyyatını gözləyərkən, ABŞ ordusunun Baş Qərargah rəisi Mark Milli o qədər də optimist olmayan açıqlama ilə çıxış edib.

“AzPolitika.info” xəbər verir ki, yüksək ranqlı Amerika generalı bu ilin sonuna qədər Ukrayna Ordusunun Rusiya üzərində tam qələbəsinin az ehtimal olunduğunu söyləyib: “Mən düşünmürəm ki, bu, cari ilin yaxın perspektivində ediləcək. Zelenski dəfələrlə rəsmən elan edib ki, Ukraynanın məqsədi bütün rusiyalıları bütün işğal olunmuş Ukrayna ərazilərindən qovmaqdır. Bu, vacib hərbi tapşırıqdır. Bu, çox çətin hərbi tapşırıqdır, çünki Ukrayna ərazisində yüz minlərlə rusiyalı yerləşir. Mən demirəm ki, bunu etmək mümkün deyil. Mən yalnız deyirəm ki, bu, çox çətin tapşırıqdır”.

Milli Ukraynaya ATACMS raketlərinin verilməsi məsələsinə də toxunaraq deyib ki, Kiyevə bu raketlər verilməsə də, digər uzaq mənzilli silahlar və PUA-lar veriləcək.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar