Azərbaycanda qəzet və saytlara verilən maddi yardımlar vergilərdən azad olunub

Azərbaycanda qəzet və saytlara verilən maddi yardımlar vergilərdən azad olunub.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Məqsəd medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırmasıdır. Belə ki, dəyişikliyə əsasən, media subyektləri onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımların gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilir.

Qərar bu ilin yanvar ayının 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq və audiovizual media subyektlərinə şamil edilmir.

635x100

Şərhlər

Oxucu 2023-04-01 20:35:23

Şəki də Region mediasıi qəzeti çıxır, oxumaq mümkün deyil , İnternetdən götürüb məqalələri çap etdirib qəzet çıxardır kişinin oğlu .... Qəzet çıxartmaqnan milyader olub, Şəki də 5-6 yerdə obyekti var. Obyektlərdən biri Təzə Xəstəxananın yanına iki mərtəbəli , hər mərtəbəsi təqribən 200 kv.metrdir. Ondan başqa Qəzet köşkünü qəzet satmaq adı ilə qoydyrub, antisanitariya vəziyyətində Peraşki bişitdirib satdırır, Vergidəndə yayınır !

Son yazılar