Media məhsullarının təqdim edilməsi ƏDV-dən azad olunub

Azərbaycanda media subyektlərinin məhsullarının təqdim edilməsi əlavə dəyər vergisindən azad olunub.

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Dəyişikliklə media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi əlavə dəyər vergisindən (ƏDV) azad edilib.

Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilməklə 3 il müddətində qüvvədə olacaq və audiovizual media subyektlərinə şamil olunmur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar