Menu

Gəncə şəhər stadionu bərbad vəziyyətə düşdü - FOTOLAR

01.04.2023, 16:52
Gəncə şəhər stadionu bərbad vəziyyətə düşdü - FOTOLAR

Azərbaycanda daha bir stadionun ot örtüyü bərbad vəziyyətə düşüb. Oxu.Az xəbər verir ki, Gəncə şəhər stadionunun qazonu yararsız haldadır. Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun “Kəpəz”-“Səbail” matçının keçirildiyi arenanın ot örtüyündə yaranan problem futbolçulara meydanda istədikləri kimi hərəkət etməyə imkan vermir.

Qazon son günlərdə bu vəziyyətə düşüb. Milli komandaların oyunları ilə bağlı fasilə yaranana qədər Gəncə şəhər stadionunun örtüyü normal halda idi.

Xatırladaq ki, daha əvvəl Naxçıvan şəhər stadionunun qazonunda belə problem yaranıb.

Şərhlər

Əski Dəllərdən 2023-04-01 23:10:10

Gəncə Azərbaycanın neçənci şəhəridir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol