Menu

Uşaq evindəki həqiqətləri dedi, ruhi xəstəxanaya yerləşdirildi - VİDEO

01.04.2023, 21:14
Uşaq evindəki həqiqətləri dedi, ruhi xəstəxanaya yerləşdirildi - VİDEO

Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan yeniyetmələrdən biri həmin uşaq evindən şikayətlənərək orada verilən qidaların azlığı və keyfiyyətsizliyini dilə gətirib.

Yeniyetmənin narazılığının qeydə alındığı video yayıldıqdan sonra o, psixiatriya xəstəxanasına yerləşdirilib.

Baku TV-nin əməkdaşı həmin yeniyetməni görmək üçün sözügedən psixiatriya xəstəxanasına üz tutub. Belə ki, bir çox insan yeniyetmənin ruhi xəstə olduğuna inanmayaraq onun gizlədildiyini iddia edib.

Lakin oradan psixiatriya xəstəxanasının qapalı xəstəxana olduğunu bildirərək uşağın üzünü göstərməyə icazələrinin olmadığını deyiblər.

Daha ətraflı Baku TV-nin süjetində:

Şərhlər

Roma 2023-04-02 08:25:29

Mən 100% əminəm ki, yeniyetmı həqiqəti söylədiyindən onu psixi xəstəxanaya salıblar. Onun dediyinə görə məktəbə ayrılan ərzağı başda direktor və digər məktəb səlahiyyətliləri evlərinə daşıyırlar. Psixi xəstəxana "QAPALI" müəssisə olduğundan onunla görüşə qoymayıblar. Ar olsun məktəbin ilk növbədə direktoruna və digər ərzağı evlərinə və ya satışa daşıyan şərəfsizsizlərə...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol