Menu

Xarici KİV nümayəndələri Laçın - Xankəndi yolunda aksiyanı izləyib

02.04.2023, 13:26
Xarici KİV nümayəndələri Laçın - Xankəndi yolunda aksiyanı izləyib

Xarici KİV nümayəndələri Laçın - Xankəndi yolunda aksiyanı izləyib.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Şuşada səfərdə olan media nümayəndələri - britaniyalı müxbir Eror Alexsandar və serbiyalı fotoqraf Knezevic Nemanja Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasını izləyib.

Jurnalistlərə etiraz aksiyası barədə məlumat verilib.

Bildirilib ki, yol humanitar məqsədlər üçün açıqdır. Xarici jurnalistlər aksiya keçirilən ərazidə olduğu zaman RSK-ya məxsus avtomobilin maneəsiz keçidini izləyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol