Menu

“ABŞ səfiri üçün qapılar bağlıdır” - Ərdoğan

03.04.2023, 09:22
“ABŞ səfiri üçün qapılar bağlıdır” - Ərdoğan

“Cozef Baydenin səfiri Kamal bəylə görüşüb. Ayıb olsun, başınızla düşünün. Siz səfirsiniz. Buradakı həmsöhbətiniz Prezidentdir”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“O zaman hansı üzlə durub Prezidentlə görüş istəyəcəksən? Qapılarımız onun üzünə bağlıdır, daha içəri girə bilməyəcək. Fleyk öz yerini bilməlidir. Diplomat səfirin necə işləməli olduğunu bilməlidir. Bunu bilməsə, bu qapıdan girə bilməyəcək”-deyə, o bildirib.

Qeyd edək ki, ABŞ-ın Ankaradakı səfiri Ceff Fleyk Türkiyədə keçiriləcək prezident seçkiləri öncəsi "Millət ittifaqı"nın namizədi, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu ilə görüşüb.

Şərhlər

Sevinc 2023-04-03 17:57:53

Amerika seçkiqabagı dövlətlərin işinə qarışır.
Bəs bizdə niyə bir dəfə müxalifətlə görüşmür?

t.ədalət 2023-04-03 10:50:04

Görünür,ABŞ ermənilərlə həmfikirdir.Səfirin bu addımı ermənilikdən başqa bir şey deyildir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol