Menu

Azərbaycanda hərbçilər avtomobil qəzasında həlak oldular - FOTO

03.04.2023, 14:56
Azərbaycanda hərbçilər avtomobil qəzasında həlak oldular - FOTO

Aprelin 2-də saat 21:00 radələrində Ağcabədi rayonunun Minəxorlu kəndi ərazisində F.İbrahimli idarə etdiyi VAZ-2107 markalı avtomobili divara vurub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı Oxu.Az-a açıqlamasında bildirib ki, faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır:

“Avtomobildəki sərnişin E.Məmmədov hadisə yerində, sürücü isə xəstəxanada dünyasını dəyişib”.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hər iki şəxs hərbçi olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol