Menu

Hərbi blogeri öldürməkdə şübhəli bilinən qadın saxlanıldı – FOTO + VİDEO

03.04.2023, 15:52
Hərbi blogeri öldürməkdə şübhəli bilinən qadın saxlanıldı – FOTO + VİDEO

Rusiya İstintaq Komitəsi aprelin 2-də Sankt-Peterburqda kafedə baş verən partlayışla bağlı şübhəli şəxsin həbs edildiyini açıqlayıb. “AzPolitika.info” xəbər verir ki, 26 yaşlı Peterburqlu Daria Trepovanı ümumi təhlükəli şəkildə adam öldürmək ittihamı ilə 25 ilə qədər həbs cəzası gözləyir. Trepova ərinin tanışının Sankt-Peterburqun şimalındakı Vıborqski rayonunda kirayədə qaldığı mənzildə saxlanılıb. Onun Özbəkistana uçmaq üçün bileti olduğu iddia edilir.

Trepova Sankt-Peterburqdandır və təxminən bir ay əvvəl Moskvaya köçüb. Sosial şəbəkələrdə o feminizm və intihar düşüncələri haqqında yazıb. Məktəbdən sonra Trepova Sankt-Peterburq Dövlət Universitetinin tibb fakültəsinə daxil olub, lakin onu bitirməyib, altı ay Gürcüstanda yaşayıb, sonra Rusiyaya qayıdıb.

Trepova, mühacirətə getmiş, qeydiyyatı olmayan Libertar Partiyasının üzvü Dmitri Rılovla evlidir.

Xatırladaq ki, Vasilyevski adasındakı kafedə axşam saat altı radələrində müharibə tərəfdarı olan bloger Vladlen Tatarskinin (Maksim Fomin) oxucularla görüşü zamanı partlayış baş verib. Tatarski həlak olub, ümumilikdə 30-a yaxın adam yaralanıb, bəzilərinin vəziyyəti ağırdır.

Kafedə baş verən partlayışdan sonra ictimai təhlükəli üsulla qətllə bağlı cinayət işi başlanıb. Rusiyanın Milli Antiterror Komitəsi bəyan edib ki, Tatarskiyə qarşı sui-qəsd Ukrayna xüsusi xidmət orqanları tərəfindən “Navalnıy Korrupsiyaya Qarşı Mübarizə Fondu ilə əməkdaşlıq edən şəxslərdən olan agentləri cəlb etməklə” planlaşdırılıb.

Rasim

“AzPolitika.info”





Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol