Menu

Putin müharibə veteranlarını qohumuna tapşırdı – Müharibə təbliğatçılarına vəzifə verildi

03.04.2023, 17:29
Putin müharibə veteranlarını qohumuna tapşırdı – Müharibə təbliğatçılarına vəzifə verildi

Rusiya Prezidenti Vladimir Putin Anna Tsivilevanı Ukraynada müharibə veteranları və onların ailələri üçün təsis etdiyi yeni dövlət fondunun rəhbəri təyin edib.

Tsivileva Kemerovo vilayətinin qubernatoru Sergey Tsivilevin həyat yoldaşı və Putinin qohumudur. Prezident Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenko isə fondun müşahidə şurasının sədri olub.

Həmçinin Müşahidə Şurasına müharibəni təbliğ edən Dövlət Dumasının deputatları, məmurlar, ictimai xadimlər və media işçiləri daxil edilib.

Prezidentin sərəncamına əsasən, Vətən Müdafiəçiləri Fondu Ukraynada döyüşən veteranlara və bu müharibədə həlak olanların yaxınlarına dəstək verəcək. O, Rusiya büdcəsindən, ianələrdən və digər mənbələrdən maliyyələşəcək.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol