Menu

İran səfiri Azərbaycan XİN-ə çağırılıb, cavab notası verilib

03.04.2023, 18:01
İran səfiri Azərbaycan XİN-ə çağırılıb, cavab notası verilib

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Xarici İşlər Nazirliyinə (XİN) ünvanlanmış qeyd edilən notası 3 aprel tarixində daxil olub. Qeyd edilən məsələ ilə əlaqədar eyni gündə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə cavab notası təqdim olunub.

Bunu Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə İranın Azərbaycana notasına dair mətbuatın sualına cavabında deyib.

"İran tərəfinin notasında Azərbaycan mediası ilə bağlı qeyd olunanların obyektivliyi əks etdirmədiyi vurğulanaraq, İran tərəfinə cavab notası, eləcə də İran mediasında Azərbaycan əleyhinə yayılmış bir sıra məqalələrin siyahısı təqdim olunub.

İranın ölkəmizdəki səfirinə bildirilib ki, İran mediasında mütəmadi olaraq Azərbaycan Respublikası, onun dövlət və hökumət rəsmiləri haqqında yayılan təhqir dolu, yalan, böhtan və qərəzli məlumatlar, eləcə də İranın tanınmış ictimai-siyasi xadimlərinin həqiqətdən uzaq bəyanat və çıxışları ölkələrimiz arasındakı münasibətlərə xələl gətirir və anlaşılmazlıqları daha da dərinləşdirir.

Bununla yanaşı, ölkələrimiz arasında münasibətlər dövründə yaranan anlaşılmazlıqların daim İran tərəfinin birtərəfli davranış və addımlarından qaynaqlandığı, Azərbaycan tərəfinin ardıcıl və xoş niyyətli addımlarına İran tərəfindən lazımi qarşılıq verilmədiyi qeyd olunub.

Görüş zamanı, İran mediasında Azərbaycan əleyhinə yalan və qərəzli məlumatların yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər görülməsinin zəruriliyi vurğulanıb", - A.Hacızadə bildirib.

Şərhlər

dadaşyev 2023-04-03 18:44:56

Iranın son iki ildə bizə qarşı açıq-aşkar aqressivliyi 40 illik sanksiyaların onun iqtisadiyyatını iflic vəziyyətə salmağı səbəbindəndir,məhz bu sanksiyalardan qurtulmaq üçün ermənistanı dəstəkləyən xristian ölkələrinin qəlbinə yol tapmaq istəyir.Yəni baxın,ermənilər kimi biz farslar da türkə nifrət edirik,Türk Dövlətləri Təşkilatının körpüsü olan Zəngəzur dəhlizini də qırmızı xəttimiz hesab etmişik,odur ki bizi təkləməyi və bizə sanksiyalar uyqulamağı bitirin.Ermənistan ordusunun 44 günlük müharibədə darmadağın edilməsindən sonra xristian dövlətlərinə bizə qarşı yeni bir düşmən lazım idi ki,erməniləri yenidən silahlandırıb qızışdırana qədər onunla başımızı qatsın,Zəngəzur dəhlizinin açılmasına guya o ölkə mane olsun.Fars bicbalalar onların bu arzusunu bildiyi üçün ona görə iki ildir yuyulmamış qaşıq kimi özlərini ortaya atıblar.Bəli,iranı inkişaf etmiş xristian ölkləri olan keçmiş ATƏT üzvləri,Fransa-Rusiya-ABŞ irəli çıxarıb.Bu üç dövlətin gizli razılığıyla iran əndamından yuxarı tullanmaq niyyətindədir.Suriyada iran terrorçularını bombalamaqla ABŞ heç olmasa bunu pərdələməyə çalışır,Rusiya susur Qarabağa heç olmasa sülhməramlı adıyla soxula bilib deyə,Fransa isə qəhbə ölkə olduğu üçün dünyadan utanmasa iranla sanksiyaları dünəndən qaldırar.Amma heç narahat olmaq lazım deyil:cənublu qardaşlarımız bir yana,iran iqtisadiyyatı elə acınacaqlı gündədir ki,heç papuaslarla bircə aydan artıq müharibə aparammaz,bircə aya mostu qaçar korobkası dağılar,yenidən yığılması möcüzə olar.Yalnız onda anlayar ki,Zəngəzur dəhlizini qırmızı xətt hesab etməyin özü Türk Dövlətləti Təşkilatı üçün qırmızı xəttdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol