Menu

Rəşad Nəbiyev ABŞ ticarət katibinin köməkçisi ilə Orta Dəhlizi müzakirə edib

03.04.2023, 19:51
Rəşad Nəbiyev ABŞ ticarət katibinin köməkçisi ilə Orta Dəhlizi müzakirə edib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan ABŞ-nin Ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi Arun Venkataraman ilə görüşüb.

Bu barədə Nazirlikdən bildirilib.

Görüş zamanı iki ölkə arasında İKT, innovasiyalar, kibertəhlükəsizlik, aviasiya və dəmir yolu nəqliyyatı istiqamətlərində əməkdaşlıq müzakirə edilib.

Eyni zamanda Orta Dəhlizin əhəmiyyəti barəsində fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin İKT və innovasiyalar sahələrində əlaqələrin genişləndirilməsi, birgə təlimlərin keçirilməsi haqqında danışılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol