Menu

ABŞ bu həftə Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq

03.04.2023, 20:24
ABŞ bu həftə Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq

ABŞ hökuməti bu həftə Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq.

APA xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi mətbuat konfransında bildirib.

Xatırladaq ki, ABŞ hökuməti Ukraynaya hərbi yardım çərçivəsində növbəti 2,6 milyard dollarlıq yardım paketini açıqlamaq niyyətində olduğunu bildirmişdi.

Hərbi yardım paketinə müxtəlif döyüş sursatları, o cümlədən tank mərmiləri, tank əleyhinə raketlər, həmçinin hava hücumundan müdafiə radarları və yanacaq daşıyan maşınların da daxil olacağı qeyd olunmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol