Menu

"Rusiya və Çin bir-birinin maraqlarını müdafiə etməyə hazırdır" - Lavrov

04.04.2023, 02:01
"Rusiya və Çin bir-birinin maraqlarını müdafiə etməyə hazırdır" - Lavrov

Moskva və Pekin dünya miqyasında səylərin strateji əlaqələndirilməsini həyata keçirərək bir-birinin fundamental maraqlarının müdafiəsində çiyin-çiyinə durmağa hazırdır.

APA xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “aif.ru” saytına müsahibəsində deyib.

O, Rusiya-Çin əməkdaşlığının beynəlxalq hüquq və BMT prinsiplərinə əsaslanan daha ədalətli, balanslı, çoxmərkəzli dünya nizamının formalaşmasında həlledici rol oynadığını vurğulayıb.

“Rusiya-Çin münasibətlərinin müasir tarixində ən mühüm mərhələ, ikitərəfli əməkdaşlığın görünməmiş səviyyəsinin və xüsusi xarakterinin sübutudur”, - deyə nazir əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol