Menu

Rusiyada aviasiya üçün narıncı təhlükə - FOTO

04.04.2023, 11:10
Rusiyada aviasiya üçün narıncı təhlükə - FOTO

Böyük Kuril silsiləsinin (Rusiyanın Saxalin vilayəti) Paramuşir adasındakı Ebeko vulkanında 4,5 km hündürlükdə kül atılması qeydə alınıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqat Mərkəzi məlumat yayıb.

Ebeko Paramuşirin şimal hissəsində yerləşir. Vulkanın hündürlüyü 1 156 m-dir. Vulkan 2016-cı ilin noyabr ayının ortalarında yenidən aktivləşməyə başlayıb. Aviasiya üçün narıncı təhlükə kodu daşıyır. Bu, o deməkdir ki, vulkan yüksək püskürmə ehtimalı ilə artan aktivlik nümayiş etdirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol