Menu

"Biz döyüşməyə hazırıq" - "İranın əlaltılarına xəbərdarlıq edirik ki..."

04.04.2023, 14:48
"Biz döyüşməyə hazırıq" -  "İranın əlaltılarına xəbərdarlıq edirik ki..."

Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Fazil Mustafaya qarşı terror aktı ilə gözümüzü qorxutmaq istəyirlərsə, səhv edirlər:  “Biz burada öz mövqeyimizi ortaya qoymalıyıq. Bundan sonra hansı addımı atmalıyıq? Həzrəti Əlinin bir kəlamı var: “Əqidəsi olmayan insanın imanı və inancı olmaz”. 

Burdakı insanların əqidəsi var, mövqeyi var, dövlət başçısını, dövləti müdafiə edirlər. Bu terror aktı ilə bizim gözümüzü qorxutmaq istəyirlərsə, çox böyük səhvə yol verirlər. Bizim üstümüzə çox qoşunlar gəlib. Sovet ordusuna qarşı döyüşmüşük. 5 dəfə dövlət çevrilişi olub”. 

S.Novruzov ardınca İranın təhdidlərinə sərt xəbərdarlıq etdi: “Biz öz əqidəmizlə prezidentin müsəlləh əsgəriyik. Bu gün İran Naxçıvanla sərhəddə qoşun toplayıb. Lazım olacarsa, biz o ərazidə də döyüşməyə hazırıq. Qoy bilsinlər, qulaqlarını açıb eşitsinllər ki, Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Azərbaycanın güclü dövlət başçısı, komandası var. İranın və digər ölkələrin əlaltılarına xəbərdarlıq edirik ki, özlərini yığışdırsınlar! Bizim də kifayət qədər qüvvəmiz və gücümüz var!”

Qeyd edək ki, 28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Şərhlər

dadaşyev 2023-04-05 11:03:08

“Mənə bax,bizim uşağı görməmisən?” “Uşağın olub bəyəm?” “Əh,qadam ağzuva,doğan vatımdu?Tanyanı deyirəm”. “Əəəh,tanya-manya”.

JJ 2023-04-04 23:07:36

Oguldu siyaqush!

Mubariz 2023-04-04 17:52:39

44-Günlük savaşda döyüşüb ,8- medal almış ,bədəntərbiyəsi hüququ üzrə elmlər dokoru ,MM -nin ən parlaq deputatına bu döyüşdə uğurlar diləyirik

Əsgər 2023-04-04 14:52:35

DÖYÜŞƏCƏKSƏ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol