Menu

Ermənistanın keçmiş XİN başçısı 44 günlük müharibə ilə bağlı komissiyaya çağırılıb

04.04.2023, 14:46
Ermənistanın keçmiş XİN başçısı 44 günlük müharibə ilə bağlı komissiyaya çağırılıb

Ermənistanın keçmiş xarici işlər naziri Zöhrab Mnatsakyan 44 günlük müharibənin şəraitini öyrənən müvəqqəti parlament komissiyasına çağırılıb.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə parlamentdən bildirilib.

Qeyd olunub ki, o, hazırda komissiyanın iclasında iştirak edir.

Bundan əvvəl Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan da komissiyaya çağırılmışdı.

Xatırladaq ki, sözügedən komissiya təxminən 1 il əvvəl yaradılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol