Rusiya Mərkəzi bankının sabiq sədr müavini, hazırda isə Rusiyadakı “AKRA” Reyrinq Agentliyinə başçılıq edən Mixail Suxov Rusiya maliyyə bazarının düşdüyü acınacaqlı durumdan danışıb.
“AzPolitika.info” xəbər verir ki, “İzvestiya” nəşrinə açıqlama verən Suxov 2023-cü ildə Rusiya maliyyə bazarını 25-30 bankın tərk edəcəyini söyləyib.
“İzvestiya” yazır ki, bu il ötən illə müqayisədə bazarı daha çox sayda bank tərk edəcək. Bunun əsas səbəbi Rusiyaya qarşı tətbiq edilən Qərb sanksiyaları və bu sanksiyaların getdikcə daha qabarıq şəkildə iqtisadiyyata təsir göstərməsidir.
Həmçinin qeyd olunur ki, bu il təkcə xarici banklar deyil, kredit təşkilatları da kütləvi şəkildə Rusiyanı tərk edəcəklər.
“AzPolitika.info”


Şərhlər