Menu

“BMT nüfuzunu tamamilə itirə bilər” - Ukrayna Prezident Ofisi

04.04.2023, 15:29
“BMT nüfuzunu tamamilə itirə bilər” - Ukrayna Prezident Ofisi

“BMT dünyada sülhü təmin edən əsas təşkilat kimi nüfuzunu tamamilə itirə bilər”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

Onun sözlərinə görə, Rusiya nə BMT Təhlükəsizlik Şurasına sədrlik edə bilər, nə də veto hüququna malikdir: "BMT beynəlxalq hüququn pozulmasına reaksiya vermədiyinə görə dünyada sülhü təmin edən əsas təşkilat kimi nüfuzunu tamamilə itirə bilər”.

Qeyd edək ki, Rusiya BMT Təhlükəsizlik Şurasının sədri seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol