“Sizə xəbərdarlıq edirik!”. Əgər siz Rəbbin iradəsinə qarşı gedirsinizsə, biz sizinlə döyüşəcəyik. Bizim üçün kimə qarşı döyüşməyimizin fərqi yoxdur!”.
“AzPolitika.info” xəbər verir ki, bunu özlərini “kadırovçular” kimi təqdim edən və hazırda Ukraynada döyüşdüklərini bildirən silahlı şəxslər Rusiya paytaxtında məscid tikintisinə etiraz edən Moskva sakinlərinə videomüraciətlərində deyiblər.
Müraciətdə deyilir ki, Moskvada məscid tikintisinə etiraz olaraq aksiya keçirənlər millətlər arasında nifaq salır və “şeytana xidmət edirlər”. Onlar hesab edirlər ki, belələri ya həbs olunmalı, ya da məhv edilməlidirlər.
Çeçenistan rəhbəri Ramzan Kadırov da məscidə qarşı çıxan moskvalıları sərt şəkildə qınayıb və təhdid edib.
Kadırov bununla bağlı “telegram” kanalındakı paylaşımında məscid tikintisinə qarşı çıxan rusiyalıları qorxaq və təxribatçı adlandırıb və guya “rus torpaqlarını qoruduqlarını” deyən bu cür ruslara sələnib: “Əgər mitinqə ürəklə rus torpaqlarını qorumaq üçün çıxmısınızsa, o zaman əlinizdə avtomat səngərlərə, irəli!”
Kadırov yazıb ki, bu cür “rus torpağı qədrini bilənlər”i səfərbərliyə cəlb etmək və Donbasa göndərmək lazımdır. Ya da bu adamlar təxribatçı kimi həbs edilməlidirlər.
Qeyd edək ki, 2023-cü ilin fevralında Moskvada Avropanın ən böyük məscidinin tikintisi barədə müzakirələr başlayıb. Bunun üçün Kosino-Uxtomsk rayonu ərazisndə yer ayrılıb. Ancaq bu yerin yaxınlığında paravoslav kilsəsi və “müqəddəs göl” olduğundan yerli əhali və dindarlar məscidin tikintisinə qarşı çıxıblar və minlərlə adam etiraz aksiyası keçirib.
Beləliklə, bir tərəfdən Ukraynadakı uğursuzluq, digər yandan daxili iqtisadi və sosial böhran, siyasi çəkişmələr və s. azmış kimi, indi də Rusiyada dini və milli zəmində qarşıdurmalar baş qaldırmağa başlayır.
“AzPolitika.ionfo”


Şərhlər