Menu

"Göndəririk uşaq evinə, müdiriyyət onu qəbul eləmir" - Baş həkimdən ŞOK AÇIQLAMA

04.04.2023, 16:01
"Göndəririk uşaq evinə, müdiriyyət onu qəbul eləmir" - Baş həkimdən ŞOK AÇIQLAMA

"Uşaq evi kiminsə atasının evidir məgər, istəsən qəbul edəsən, istəməsən yox"

Məlum olduğu kimi, bir neçə gün əvvəl Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan və həmin uşaq evi ilə bağlı şikayətini bildirən yeniyetmə M.Hacıyev 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirildi. Bundan sonra ictimaiyyətin kəskin etirazı ilə məsələ daha da böyüdü. Sosial şəbəkələrdə və mediada gedən müzakirələrdə əsas fikir yeniyetmənin əqli durumunun normal olduğu və onun məhz hər şeyin üstünü açdığı üçün cəza olaraq psixiatriya xəstəxanasına göndərilməsi istiqamətində idi.

Məsələ ilə bağlı Sitat.info-nun əməkdaşı 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovla əlaqə saxlayıb.

A.Rəsulov yeniyetmənin vəziyyətinin ruhi xəstəxanada saxlanılacaq qədər ciddi olmadığını, yüngül pozuntuların olduğunu və geri göndərməyə çalışıqlarını deyib: "O yeniyetmə ruhi xəstə deyil. Psixiatriya iki hissəyə bölünür, böyük və kiçik psixiatriya. Bunda diaqnoz sosiopatiyadır. Cəmiyyətdə özünü düzgün apara bilmir. Bir qədər narahat uşaqdır. Bunu dəlixanaya salmaq nə dərəcədə düzgündür? Uşaq evindən göndəriblər, biz də geri göndəririk uşaq evinə. Uşaq evinin müdiriyyəti onu qəbul eləmir. Qoy indi çıxış eləsin, desin ki, mən yanlış demişəm uşaq evi barəsində. O zaman uşağı qəbul edəcəklər. Uşaq evi kiminsə atasının evidir məgər, istəsən qəbul edəsən, istəməsən yox".

A.Rəsulov bildirib ki, hazırda yeniyetməyə sahib çıxan yoxdur və bu səbəbdən psixiatriya xəstəxanasında qalır: "Biz yeniyetməni uşaq evinə geri göndərdik, çünki müalicəyə ehtiyacı yoxdur. 5-6 gün müalicə etdik, gördük ki, normal uşaqdır, göndərdik ki, getsin orada həyatını yaşasın. Uşaq evi qəbul etmədiyi üçün yenə qaytarıb gətirdik. Onda müəyyən psixoloji pozuntular var, amma çox cüzidir. O pozuntulardan Bakının yarısında var. Əhalinin yarısı gəlib bizim xəstəxanada yatmalıdır? Bunun problemi çox yüngüldür, bu bizdə yatmamalıdır. İndi müdiriyyət uşağı qəbul etmir. Sonra qardaşını tapdıq ki, gəl apar uşağı. Qardaşı da deyir ki, aparmıram, hələ 5-10 gün də müalicə edin, əsəbidir, sözümə baxmır. Sözünə baxmırsa, danış, başa sal, biz nə edək onun üçün... Qardaşı da ora-bura zəng etdi ki, həkim mənə təzyiq edir qardaşını apar, amma evimdə şərait yoxdur. Belə bir vəziyyətdir".

Şərhlər

dadaşyev 2023-04-05 10:57:32

Aaaa!Yazıq uşaq sözün düzünü danışıb deyə başı bəlaya düşüb.Amma qınamalı deyil,o yaşda nə bilsin ki,ya susmaq,ya da yaltaqlanmaq lazımdı.Evdə bişməyib,qonşudan gəlməyib.Yenə heç olmasa qabaqlar Bakının əvvəlki qocaman merinə baxıb həyat dərsi alırdı uşaqlar və gənclər,indi o xoşbəxtlikdən də məhrumdular. Madam ki,nə qardaşı,nə uşaq evi bu yazığı istəmir,məncə dövlət baba bunu elə bu yaşdanca hərb məktəbinə almalıdır bütün təminatını ödəməklə.Kim bilir,bəlkə gələcəyin məşhur bir generalı olacaq?Niyə də yox?Türk ordusu ona görə güclüdür ki,türk generallarının əksəriyyəti uşaqlıqdan dövlət himayəsində böyüyənlər,dövlətin hərb məktəbində oxutdurduğu adamlar içindən çıxanlardı.Odur ki dövləti onları yedirib içirib qayğılarına qalan bir ana kimi sevərlər,of demədən canlarını fəda edərlər Vətən üçün.Lap o Osmanlıdakı yeniçərilər kimi.Xəstəxananın baş həkiminə isə yağlı bir beş yoldaş dadaşyevdən.Sözlərinə yamanca güldüm.Deyib ki,psixoloji pozuntular Bakının yarısında var,əhalinin yarısı gəlib xəstəxanada yatmalıdı?Supeeer!Amma yarısı yox vallah.Əziz Nesinsayağı.Yəni hayannan baxsan,rahat səksən faizi xəstədi Bakının.

Rasim Quliyev 2023-04-04 22:01:47

Ayib olsun usaq evi ele bil MMC ve QSC bele olar hec seni ora kim qoyub.Direktorsan at oynatmalisan

Roma 2023-04-04 21:32:07

qərara gəlinməlidir ki, adlı yazara: yazırsınız:... "3 saylı uşaq evinin rəhbərliyi dəyişilsin" , nə üçün, bu qədər yeyinti, korrupsiya, oğurluq, neqativ faktlar var ikən kompleks yoxlama aparılmalı, fakt təsdiqini taparsa, mən buna 100% əminəm, cinayət işi açılmalıdır...

ƏNHU 2023-04-04 21:12:50

Uşağı yenidən eyniadlı uşaq evinə qaytarmaq yolverilməzdir.. Çünki müəssisənin rəhbərlnin, hətta uşaqla belə antoqonozmə girişmiş bir intriqant olduğu göz önündədir. Odur ki, biz ictimaiyyət nümayəndələri olaraq zərərçəkmiş şəxsin yenidən adıgedən müəssisəyə qaytarılmasını onun həyatı üçün potensial təhlükə kimi görür, oxşar təyinatlı digər himayə evlərinə yerləşdirilməsini təkidlə təklif edirik.

qərara gəlinməlidir ki, 2023-04-04 18:25:18

3 saylı uşaq evinin rəhbərliyi dəyişilsin

Gulsən 2023-04-04 17:52:18

İnsan adamdır,sağ olsun ki kucəyə atmir

Roma 2023-04-04 17:50:55

Sağ olun həkim, məsələyə düzgün yanaşmanıza görə. Yəqin ki, məsələ artıq nəzarətdədir və aidiyyatı qurumlar, yəni ailə uşağ komitəsi, məktəbin tabe olduğu yuxarı təşkilatı və s.. məsələyə ciddi yanaşaraq yeniyetməyə qaygı göstərəcəklər...

t.ədalət 2023-04-04 16:58:45

3 saylı uşaq evinin müdiri öz hərəkəti ilə ölkə rəhbərinin nüfuzuna kölgə salmağa çalışır.Yəqin ki YAP-ın Xətai rayonu üzrə rəhbəri baş verənləri görür.Hakimiyyətə qarşı bundan artıq hörmətsizlik daha nə ola bilər?Axı,YAP-çılar bütün sahədə ,guya,işlərin öz axarında olduğunu deyiurlər?Bu da sizin üçün işlərin heç də öz axarında getmədiyini əyani surətdə göstərən fakt!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol