Menu

“Rusiya “planer” bombalardan istifadə etməyə başlayıb” - İqnat

04.04.2023, 16:12
“Rusiya “planer” bombalardan istifadə etməyə başlayıb” - İqnat

“Rus işğalçıları demarkasiya xətti boyunca hər gün 20-yə qədər “planer” (mühərriksiz bomba) bombadan istifadə edir”.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının müşaviri Yuri İqnat bildirib.

“Onlar 70 kilometrə qədər uça bilən belə bombalardan istifadə etməyə başlayıblar. Bunun üçün düşmən “Su-35” və “Su-34” təyyarələrindən istifadə edir. Həmin təyyarələr Ukraynanın hava hücumundan müdafiə sistemlərinin nəzarət etdiyi zonaya daxil olmadan da bu bombları ata bilirlər. Düşmənin bu taktikasının qarşısını almaq üçün Ukraynaya daha müasir hava hücumundan müdafiə sistemləri və təyyarələr lazımdır”,- deyə İqnat bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol