Menu

Rusiya erməniləri qeydiyyatdan azad edən sənədi təsdiqlədi

18.11.2014, 17:07
Rusiya erməniləri qeydiyyatdan azad edən sənədi təsdiqlədi

Rusiya Ermənistan vətəndaşlarını qeydiyyatdan azad edən sənədi təsdiq edib.

ANS PRESS-in məlumatına görə, Rusiyanın Hökumət Komissiyası Rusiya və Ermənistanın hökumətləri arasında əldə olunan razılaşmanı məqbul sayıb.

Razılaşmada Ermənistan ərazisində müvəqqəti yaşayan Rusiya vətəndaşlarının və Rusiya ərazisində müvəqqəti yaşayan erməni vətəndaşların qeydiyyat prosesindən 30 gün ərzində azad edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, iki hökumət arasında əldə olunmuş razılaşma Soçidə 11 iyul 2014-cü il tarixində imzalanıb.

Qanun layihəsinə Rusiya Dumasının növbəti iclasında baxılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol