İNAM KƏRİMOVU BU ŞƏXS ƏVƏZ EDƏCƏK - Nazir vəzifəsinin icrası Cəfərova həvalə edildi + DOSYE

Prezident İlham Əliyev bu gün imzaladığı sərəncamla İnam Kərimov kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib. 

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanın kənd təsərrüfatı naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası kənd təsərrüfatı nazirinin müavini Sarvan Elxan oğlu Cəfərova həvalə edilib.

Cəfərov Sarvan Elxan oğlu 28 oktyabr 1985-ci ildə anadan olub.

1992-2003-cü illərdə Bakı şəhərinin 178 saylı orta məktəbində təhsil alıb. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə isə Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistr təhsili alıb.

2007-2008-ci illərdə hərbi xidmətdə olub.

2012-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə olunması ixtisası (MBA) üzrə magistr təhsili alıb.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə” Dövlət Proqramı çərçivəsində 2015-2017-ci illərdə Avstriyada yerləşən Beynəlxalq Anti-Korrupsiya Akademiyasında magistr təhsili alıb.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədqiqatlar Mərkəzinin doktorantıdır. 2009-2012-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsində məsləhətçi, 2012-2018-ci illərdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində sədrin köməkçisi vəzifəsində işləyib.

2018-ci ilin aprel ayından 2019-cu ilin noyabr ayına qədər Kənd Təsərrüfatı Nazirliyində nazirin köməkçisi, 2019-cu ilin noyabr ayından 2020-ci ilin mart ayına kimi nazirin müşaviri vəzifəsində işləyib.

2020-ci ilin mart ayından Kənd Təsərrüfatı Nazirliyində Aparat rəhbəri vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli Sərəncamı ilə kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.

İngilis və rus dillərini bilir.

Evlidir, üç övladı var.

Rasim

“AzPolitika.info”

635x100

Şərhlər

hacı 2023-04-05 09:46:32

Bu ölkəni bu iqtidar hara sürükləyir?

Vətəndaş 2023-04-05 07:18:32

Kənd təsərrüfatında politoloq

ƏNHU 2023-04-04 20:20:31

Adamın oxumadığı məktəb qalmayıb ki. Bəs nə üçün Avstriyada təhsilini mükəmməlləşdirdiyi illərdə alman dilini öyrənə bilməyib. Əşşi mən də söz tapdım danışmağa. Guya bilmirəm ki, əsas biznesin idarə olunması uişidi ki, kişi bu sahəni əla bilir. Gerisi təfərrüatdır. Camaat siz də övladlarınızı biznes məktəbində oxutdurun. Ağıllı tərpənin.

t.ədalət 2023-04-04 19:10:58

Nazirlər üçün rus dili vacib olduqca biz Rusiyanın müstəmləkəsi kimi mövcud olacağıq.

Son yazılar