Menu

Moskvada Rusiya, İran, Suriya və Türkiyə arasında məsləhətləşmələr keçirilib

04.04.2023, 19:26
Moskvada Rusiya, İran, Suriya və Türkiyə arasında məsləhətləşmələr keçirilib

3-4 aprel 2023-cü il tarixlərində Moskvada Rusiya, İran, Suriya və Türkiyə xarici işlər nazirlərinin müavinləri səviyyəsində dördtərəfli məsləhətləşmələr keçirilib.

Bu barədə APA-nın İstanbul müxbirinə diplomatik mənbələrdən bildirilib.

Qeyd olunub ki, tərəflər xarici işlər nazirlərinin növbəti görüşünə hazırlıqla bağlı məsələləri müzakirə edib, hər bir ölkə öz mövqeyini və fikirlərini şəffaf və aydın şəkildə ifadə edib.

Bundan əlavə, bu kontekstdə tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol