Menu

Yeniyetmə ilə bağlı açıqlama verən baş həkim işdən çıxarıldı

05.04.2023, 10:15
Yeniyetmə ilə bağlı açıqlama verən baş həkim işdən çıxarıldı

1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov işdən çıxarılıb.

“Report” xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, A.Rəsulovun yaş həddi ilə əlaqədar əmək müqaviləsinə xitam verilib.

Xatırladaq ki, A. Rəsulov ötən gün bir müddət əvvəl xəstəxanaya yerləşdirilən yeniyetmə M.H. ilə bağlı açıqlama vermişdi və onun ruhi xəstə olmadığını, onu “dəlixana”ya salmağın düzgün olmadığını bildirmişdi. Həmçinin həkim xəstəxananın yeniyetməni geri qaytarmaq istədiyini, lakin 3 saylı uşaq evinin müdriyyətinin onu qəbul etmədiyini açıqlamışdı.

Şərhlər

Rafiq 2023-04-05 11:52:43

.... .Düz söz danısan vətandaşı dəlixanaya göndərir,həkimi isə vəzifədən azad edirlər

Asif 2023-04-05 11:20:08

indi hansi qurumun rehberi duz ve edaletli xidmet aparar??

dadaşyev 2023-04-05 11:16:52

Aaaa!Uşaq düzünü danışdı deyə uşaq evindən aldırıb bunun yanına gətirdilər,bu da düzünü danışdı deyə bunu da işdən alıb evinə göndərdilər.Şəhla xanım Quliveya demiş,”Nə baş verir?”Vallah Şəhla xanım,nə baş verdiyini deyəmmərəm,sonra mənim də 011-imə avtopodstava-filan qurub ştrafnoya apararlar,sadəcə onu deyə bilərəm ki,o uşaq evinin müdiri deyəsən yaman möhkəm adamdı.”Papağını düzəlt əə” dediyim bələdçidən birisi soruşanda ki “Bu dadaşyev nəçidi belə?”,o da demişdi ki ”Balaca adama oxşamır mən ölüm.Görmürsən?”Bu da deyəsən onnandu.

t.ədalət 2023-04-05 10:52:30

Baş həkimi işdən çıxarmaqla 3 saylı uşaq evinin direktorunun cinayətini arxivə vermək olmaz.Əksinə,bu yolla xalqın dövlətə,onun əhaliyə qayğısına inamını itirdilər.Bu da YAP hakimiyyəti!İşğal altında olan ərazilkərimizdə ermənilər körpələrimizə qarşı necə qəddarlıq ediurdilərsə,3 saylı uşaq evinin rəhbəri də həmin zülmü davam etdirir.Ola da bilsin ki,onun ermənilərlə bulaşığı var..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol