Kremlin ən “qaynar” təbliğatçılarından olan Vladimir Solovyov müharibədən bezdiyini və normal həyata qayıtmaq istədiyini bildirib.
"AzPolitika.info” xəbər verir ki, öz kanalındakı son verilişində Kreml təbliğatçısı müharibədən yorulduğunu, lakin geriyə də yol qalmadığını söyləyib: “Bu, nə müharibədir? Kiminlə kim arasındadır? Bu müharibə hər birimizin həyatından keçir. Ancaq istəmirik, real olaraq istəmirik. Unutmaq istəyirik, istəyirik ki, hər şey sevincli olsun. Ancaq bizi heç kəs rahat buraxmayacaq. Bunu başa düşmək lazımdır…”
Xatırladaq ki, hələ müharibədən az əvvəl Solovyov Kiyev üzərində qələbəni nəzərdə tutaraq deyirdi ki, “qaşımızı qaldırsaq, kifayətdir” və ümumiyyətlə məhz o, Ukraynaya qarşı işğalçılıq müharibəsinin ən qızğın tərəfdarı və təhrikedicilərindən biri idi…
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
Elə şey yoxdur, cavab verməlisən, Mussolini, Səddam kimi asılmalısan, sənin əlin 300 mindən çox (hər iki tərəfdən həlak olanların ən az miqdarda sayı) insanın qanına batıb..
Ağıllı yehudidir her vaxtda lazım olan “ ходу» edir,onun üçün maraqlı deyil kim udur kim uduzyr millionlarla qaçqın vetenini terk edir on minlerle geng mehv olur,elil olur,,teki bu şerefsizin “biznesi” işlesin.