Menu

Neft hasilatı sürətlə azlalır - 6 milyard dollarlıq layihə işə düşür

05.04.2023, 14:21
Neft hasilatı sürətlə azlalır - 6 milyard dollarlıq layihə işə düşür

Aprelin 4-də Prezident İlham Əliyev “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modullarının dənizə rəmzi yola salınması mərasimində iştirak edib.

Dəyəri 6 milyard dollar olan layihəyə yeni dəniz platforması və gündəlik 100 min barelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neftin hasil olunacağı proqnozlaşdırılır.

Bu layihə çərçivəsində dənizdə suyun dərinliyinin təxminən 140 metr olan sahəsində - “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında 48 şaxtadan ibarət yeni hasilat, qazma və yaşayış platforması quraşdırılacaq.

Layihəyə, həmçinin yataqdaxili yeni sualtı boru kəmərləri də daxildir. Bu xətlər platformadan hasil ediləcək neft və qazın Səngəçal terminalına ötürülməsi üçün mövcud AÇG “Faza 2” sualtı ixrac kəmərlərinə qoşulacaq.

Azərbaycan  Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, qurğu hasilatı il ərzində 5 milyon tona qədər artırmağa imkan verəcək.

Ekspert qeyd edib ki, bu platformanın istismara verilməsi BP və onun tərəfdaşlarına ilk növbədə AÇG-də hasilatın illik azalma sürətini azaltmağa, sonra isə hasilatı bir neçə il ərzində sabitləşdirməyə imkan verir.

“Çox güman ki, bu göstəriciyə 2025-ci ildə nail olmaq planlaşdırılır”, - o əlavə edib.

Ekspert planların reallaşacağına əminliyini ifadə edib: "Azəri-Çıraq-Günəşli"də pik hasilat 2010-cu ildə qeydə alınıb - 40,6 milyon ton neft çıxarılıb. Ötən il "Əsrin müqaviləsi" çərçivəsində bu həcmdən 2 dəfə az neft istehsal edilib. Bu il biz ilk dəfə olaraq neft hasilatının 20 milyon tondan aşağı düşəcəyini görəcəyik. Ona görə də gələn ilin əvvəlində yeni platformanın istifadəyə verilməsi nəhayət, hasilatın sabitləşməsi üçün başlanğıc nöqtəsi olacaq”.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol