Menu

Berluskoni ölüm ayağındadır – Keçmiş baş nazir reanimasiyaya yerləşdirilib

05.04.2023, 16:27
Berluskoni ölüm ayağındadır – Keçmiş baş nazir reanimasiyaya yerləşdirilib

Bu gün İtaliyanın keçmiş Baş naziri, siyasətin, iş dünyasının ən məşhur simalarından olan Silvio Berluskoni Milanda xəstəxanaya yerləşdirilib.

“AzPlitika.info” xəbər verir ki, “Reuters”ə danışan mənbələrin verdiyi məlumata görə, Milanda “San Raffaele” xəstəxanasına aparılan 86 yaşlı Berluskoninin reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, dörd müddət İtaliyay hökumətinə rəhbərlik etmiş Berluskoninin səhhəti son illərdə pisləşmişdi.

Keçmiş Baş nazir 2016-cı ildə ürəyindən ciddi əməliyyat keçirib, həmçinin ona prostat xərçəngi diaqnozu qoyulub. Berluskoni 2020-ci ildə isə “Covid-19” virsuna yoluxub.

“San Raffaele” xəstəxanası onun səhhəti ilə bağlı açıqlama verməsə də, İtalyan mətbuatı Berluskoninin ürək xəstəlikləri səbəbiylə reanimasiya şöbəsinə yerləşdirildiyini yazıb.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol