Ukrayna Prezidenti Volodimir Zelenski Polşa Prezidenti Anjey Duda tərəfindən ölkənin ən yüksək mükafatı olan “Ağ Qartal” ordeni ilə təltif edilib.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Adjey Duda Zelenskiyə Polşa ilə Ukrayna arasında əlaqələrin dərinləşdirilməsində göstərdiyi səylərə görə təşəkkür edib.
Duda mərasimdə çıxış edərək, “Ağ Qartal” ordenin Polşanın ən qədim və ən qiymətli ordeni olduğunu vurğulayıb: ““Ağ Qartal” ordeni Polşa Respublikasına və ona müstəsna töhfələr vermiş xüsusi insanlara verilir. Cənab Zelenski , xüsusi insan olduğunuza dair şübhəm yoxdur. Vətənə xidmətinizi izləyərkən göz yaşı tökdüm. Bunu gizlətmək çox çətindir. Siz dövlətinizin və millətinizin nümunəvi liderisiniz”.
“AzPolitika.info”


Şərhlər