Menu

Rəşad Dağlının cinayət işinə sədrlik edəcək məhkəmə hakiminin adı açıqlanıb

05.04.2023, 17:36
Rəşad Dağlının cinayət işinə sədrlik edəcək məhkəmə hakiminin adı açıqlanıb

Meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işinə sədrlik edəcək məhkəmə hakiminin kimliyi məlum olub.

"Report"un məlumatına görə, iş hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ məlum deyil.

Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

Şərhlər

dadaşyev 2023-04-05 22:46:59

Əşi bunun da nə yaman məhkəmə reklamı olur!Adam öldürübsə adi cinayətkardı,başqaları necə bu da elə.Meyxanaçıdı deyə xüsusi hörmətə layiq cinayətkardı?Heç kəsin heç kəsi öldürməyə haqqı yoxdu.Bu belə bilinməlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol