Menu

“Belarusa nüvə başlıqlı “İskəndər-M” raketləri verildi” - Şoyqu

05.04.2023, 20:29
“Belarusa nüvə başlıqlı “İskəndər-M” raketləri verildi” - Şoyqu

Belarusun silahlı qüvvələrinə nüvə başlıqları daşımaq qabiliyyətinə malik «İskəndər-M» raketləri verildi, artıq Belarus heyətlərinin bu qurğuları idarə etməyə öyrədilməsinə başlanıb.

Bu barədə aprelin 4-də RF Müdafiə naziri Sergey Şoyqu hərbi idarənin rəhbər işçiləri üçün keçirilən selektr iclasında bəyan edib. Xəbəri RİA Novosti informasiya agentliyi yayıb.

«Belarus silahlı qüvvələrinə «İskəndər-M» raket kompleksi verildi. O, raketləri adi rejimdə, eləcə də nüvə başlıqları ilə istifadə edə bilər» - Şoyqu deyib.

«Aprelin 3-də Rusiyanın poliqonlarının birində Belarus heyətlərinin onları idarə etməsinə öyrədilməsinə başlanıb - müttəfiq dövlətin müdafiəsi məqsədi ilə» - nazir əlavə edib (EADaily).

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol