Pakistanın keçmiş Baş naziri İmran Xanın dörd nəfər tərəfindən tam mühafizə olunan, qara başlığa bənzəyən müvəqqəti gülləkeçirməz dəbilqə taxaraq Lahor Antiterror məhkəməsinə (ATC - An anti-terrorism court) getdiyi görüntüləri yayılıb.
“Geo News” xəbər verir ki, keçən il Vəzirabadda siyasi mitinq zamanı hücuma məruz qalan Pakistan Təhrik-i İnsaf Partiyasının sədri həyatı üçün təhlükələrlə üzləşdiyi üçün hər yerə yüksək təhlükəsizlik altında səfər edir.
Keçmiş Baş nazir çərşənbə axşamı məhkəmədə girov müqabilində azadlıqda qalma müddətinin uzadılmasını tələb edib.
Qeyd edək ki, məhkəmə onun zaminlik müddətini aprelin 13-dək uzadıb.

SƏMLA
AzPolitika.info


Şərhlər