Menu

Azərbaycanda vergi daxilolmaları 75 % artıb

06.04.2023, 10:53
Azərbaycanda vergi daxilolmaları 75 % artıb

Bu ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxiolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 74,8 % artaraq 4 milyard 899,5 milyon manat təşkil edib.

"Report" xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "Tviter" hesabında bildirib.

Onun sözlərinə görə, rüblük vergi daxilolmalarının 2 milyard 618 milyon manatı qeyri-neft-qaz sektorunun hesabına formalaşıb. Bu isə 1 il əvvələ nisbətən 16,4 % çoxdur.

"Fiskal gəlirlərdə əhəmiyyətli artımlar iqtisadiyyatımızın dayanıqlığını gücləndirir", - deyə nazir qeyd edib.

Şərhlər

Təksim Əhmədov 2023-04-06 12:30:34

Göstəricilər yüksəkdir. Neft-Qaz hasilatını xarici şirkətlər apardığından artımın cəmi 16-25% öz fəaliyyətimizin nəticəsidir. Məhsul və xidmətin bahalaşma şəraitində adambaşına günə 2-5 manat artan tələbatdan çox aşağıdır. Sankı, zəruri-tutumlu-strateji iqtisadi özül yoxdur?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol