Menu

İran və Səudiyyə Ərəbistan səfirlik açmaq barədə razılığa gəliblər

06.04.2023, 11:05
İran və Səudiyyə Ərəbistan səfirlik açmaq barədə razılığa gəliblər

İran və Səudiyyə Ərəbistan qarşılıqlı olaraq səfirlik açmaq niyyətlərini təsdiqləyiblər.

“Report” TASS-a istinadən bildirir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və həmkarı Əmir Feysəl bin Fərhan Əl Səud birgə bəyanat veriblər.

XİN başçıları iki ölkə arasında uçuşların bərpa olunacağını açıqlayıblar.

Səudiyyə Ərəbistanının xarici işlər naziri iranlı həmkarını Ər-Riyadda danışıqlar aparmağa dəvət edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol