Menu

ASELSAN-ın elektro-optik sistemlərinin kütləvi istehsalı davam edir

06.04.2023, 16:21
ASELSAN-ın elektro-optik sistemlərinin kütləvi istehsalı davam edir

Türkiyə müdafiə sənayesinin yerli və milli vasitələrlə inkişaf etdirdiyi elektro-optik kəşfiyyat, müşahidə və hədəf təyinetmə sistemləri düşmənə göz açdırmır.

“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, ASELSAN şirkətinin hava elektro-optik sistemləri - CATS və ASELPOD-un kütləvi istehsalı davam edir.

CATS sistemlərinin 2800-dən çox atışda 98% müvəffəqiyyət əldə etdiyi vurğulanır. Bu sistemlərin artıq 11 xarici ölkəyə ixrac olunudğu, daha 5 ölkə ilə danışıqlar aparıldığı deyilir.

Bundan əlavə, Türkiyə havada və yerdə istifadə olunacaq ASELFLİR-400 elektro-optik hədəfləmə sisteminin istehsalında son mərhələyə çatıb.

Bayraktar “Akıncı” və “Aksunqur” kimi PUA, SİHA və TİHA-larda istifadə edilməsi planlaşdırılan ASELFLIR-600 elektro-optik sistemi çox uzaq məsafələrdən hədəfləri aşkar etmək və izləmək qabiliyyətinə malikdir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol