Menu

Türkiyə Avro-2028 və Avro-2032-yə ev sahibliyi üçün rəsmi namizəd oldu

07.04.2023, 00:43
Türkiyə Avro-2028 və Avro-2032-yə ev sahibliyi üçün rəsmi namizəd oldu

Türkiyə Avro-2028 və ya Avro-2032-ə ev sahibliyi etmək üçün namizədliyini rəsmi şəkildə irəli sürüb.

Qol.az hürriyet.com-a istinadla xəbər verir ki, bu barədə ölkənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu sənəd imzalayıb. Nazir namizədlik sənədini Türkiyə Futbol Federasiyasına göndərib. Bu sənəd aprelin 12-də UEFA-ya təqdim olunacaq.

Namizədlik sənədində Türkiyənin ev sahibi olacağı təqdirdə oyunların keçiriləcəyi stadionlar, qonqların yerləşdirilməsi üçün məkanlar, nəqliyyat və şəhər infrastrukturları başda olmaqla bir çox detallar haqqında məlumatlar var. UEFA Avro-2028 və Avro-2032-yə ev sahibliyi edəcək ölkələri bu ilin oktyabrında açıqlayacaq.

Qeyd edək ki, növbəti Avropa çempionatı - Avro-2024 Almaniyada keçiriləcək. Türkiyə ev sahiblii üçün namizədliyini irəli sürsə də, 2019-cu ildəki səsvermədə məğlub olmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol