“Son qərarı qanun verir” deyən İsveç hökumətinin Türkiyənin ekstradisiya tələbini qəbul etmədiyi məlum olub.
“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ankaranın silahlı terror təşkilatına üzvü olmaqda şübhəli bildiyi 51 yaşlı İsveç vətəndaşı Mehmet Zakir Karayelin ekstradisiya tələbi hökumət tərəfindən qəbul edilməyib.
Hökumət imtinaya səbəb kimi həmin şəxsin İsveç vətəndaşı olmasını göstərib.
Xatırladq ki, İsveç cümə axşamı günü Ankaranın axtardığı vətəndaşın Türkiyəyə ekstradisiya ediləcəyini açıqlamışdı.
“AzPolitika.info”


Şərhlər