Menu

“Əgər təklif gəlsə, ABŞ-ın dövlət katibi ilə görüşə bilərəm” - Sergey Lavrov

07.04.2023, 13:58
“Əgər təklif gəlsə, ABŞ-ın dövlət katibi ilə görüşə bilərəm” - Sergey Lavrov

“Əgər təklif gəlsə, ABŞ dövlət katibi Entoni Blinkenlə görüşə bilərəm”.

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 7-də Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Rusiya həmişə dialoqa açıqdır: “Mən G-20 sammitində də Blinkenlə görüşdən imtina etməmişdim. Ümumiyyətlə, biz ciddi müzakirələrə həmişə açıqıq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol