Menu

Kasprşik helikopterin vurulduğu yerə gedib

18.11.2014, 18:23
Kasprşik helikopterin vurulduğu yerə gedib

Noyabrın 18-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Ağdam rayonunun Mərzili kəndi yaxınlığında qoşunların təmas xəttində monitorinq keçirib.

“Media forum” saytı bildirir ki, Rusiyanın RİA-Novosti agentliyi Anjey Kasprşikin noyabrın 12-də Ermənistan Silahlı Qüvvələrinə məxsus Mi-24 döyüş helikopterinin vurulduğu yerə getdiyi haqda da məlumat yayıb.

RİA-Novosti xəbəri ATƏT-in mətbuat xidmətinin əməkdaşı Mersixa Kauzeviç-Podziçə istinadla verib. Mətbuat xidmətinin əməkdaşı agentliyə deyib ki, ATƏT nümayəndlərinin şəxsi təhlükəsizliyi təmin olunub və problem yaranmayıb.

Anjey Kasprşikin helikopterin vurulduğu yerə baş çəkməsi barədə hər hansı əlavə məlumat verilməyib.

Noyabrın 12-də Azərbaycan ordusu işğal olunmuş ərazilərdə döyüş uçuşları keçirən Ermənistan Silahlı Qüvvələrinə məxsus Mi-24 hərbi helikopterini məhv edib. Nəticədə döyüş helikopterinin Ermənistan Hərbi Hava Qüvvələrinin zabitlərindən ibarət ekipaj üzvləri (ümumilikdə 3 nəfər) məhv olub. Zabitlərin meyiti və helikopterin qalıqları hələ hadisə yerindən götürülməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol