Menu

Azərbaycan Ordusunun Laçın istiqamətində mövqeləri atəşə tutulub

07.04.2023, 16:03
Azərbaycan Ordusunun Laçın istiqamətində mövqeləri atəşə tutulub

Aprelin 7-si saat 13:20-dən 13:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Şərhlər

ƏNHU 2023-04-07 22:29:11

Cavab adekvat yox, mahnıda olduğu kimi üçteli, dördtelli, beştelli olsa daha yaxşı olmazmı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol