Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində PKK terror qruplaşmasının "komandiri" məhv edilib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Daxili işlər naziri Süleyman Soylu sosial şəbəkə hesabından paylaşım edib.
“Hakkari Alandüz bölgəsi də terrorçulardan tamamilə təmizləndi. PKK-nın sözdə komandiri olduğu deyilən, narıncı kateqoriyalı terorist gizləndiyi mağarada keçirilən əməliyyat zamanı baş verən toqquşmada zərərsizləşdirildi”,-deyə Soylu bildirib.
Qeyd edək ki, məhv edilən terrorçunun Hakkari Dağlıca-Alandüz bölgəsinin sözdə məsul şəxsi hesab olunan “Alişer İntikam” kod adlı Emrah Arpak olduğu müəyyənləşib.
“AzPolitika.info”


Şərhlər