Menu

“Mənim ölümüm heç şübhəsiz Putinin qələbəsi olacaq” – Saakaşvili ABŞ və Avropa İttifaqına çağırş edir

07.04.2023, 17:15
“Mənim ölümüm heç şübhəsiz Putinin qələbəsi olacaq” – Saakaşvili ABŞ və Avropa İttifaqına çağırş edir

“Məndən sonra hakimiyyətə gələn “Gürcü Arzusu” partiyasını 1990-cı illərdə Moskvada var-dövlət qazanmış və Putinlə yaxın əlaqələrə malik olan gürcü milyarder, oliqarx Bidzina İvanişvili tərəfindən yaradılıb və idarə edilməkdə davam edir”.

“AzPolitika.info” xəbər verir ki, Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili “Politico” nəşrinə müsahibəsində belə deyib.

O bildirib ki, gürcü xalqının böyük əksəriyyəti – təxminıən 80 faizi Avropa İttifaqına inteqrasiyanın və üzvlüyün tərəfdadır. Buna baxmayaraq, "Gürcü arzusu" hökuməti Rusiya ilə artan həmrəylik nümayiş etdirir.

“Təbii ki, Kremllə açıq düşmənçiliyi getməyin təhlükəli olduğu barədə cəmiyyətdə haqlı narahatlıqvar. Ancaq gürcülərin böyük əksəriyyəti hökumətin etirazlarına rəğmən Ukraynananı dəstəkləyir”, - Saakaşvili əlavə edib.

Eks-prezident xatırladır ki, ölkəyə qayıtdıqdan dərhal sonra Gürcüstan hakimiyyəti tərəfindən həbs olunub, Kreml və Gürcüstan hökumətinin razılaşmasına uyğun olaraq “vəzifə səlahiyyətlərindən sui-istifadə” kimi siyasi motivli ittihamlarla həbsdə saxlanılır:“Həbsdə səhhətim kəskin şəkildə pisləşdi, indi ölürəm. Mən sistematik olaraq fiziki və əqli işgəncələrə məruz qalmışam və hazırda immun sistemimdə ağır metal zəhərlənməsi əlamətləri var. Mən indi 20-dən çox ağır xəstəlikdən əziyyət çəkirəm və bunların hamısı həbsdə olarkən yaranıb”.

Saakaşvili Avropa Parlamentinin qəbul etdiyi və hakim “Gürcü Arzusu” partiyasının rəhbərliyi tərəfindən ələ salınanan qətnaməsini xatırladıb: “Konqres və Bayden administrasiyası, həmçinin Aİ və Böyük Britaniya parlamentlərinin dəstəyi olmasa, indiki hökumət təkcə demokratiyaya deyil, həm də qanunun aliliyinə və insan hüquqlarının fundamental əsaslarını məhv etməyə davam edəcək. Nəticədə Gürcüstanda tənəzzül geridönməz hala gələcək”.

Saakaşvili deyib ki, ölkədən kənarda lazımi tibbi yardım almasa, tezliklə öləcəyi dəqiqdir: “Mən ABŞ və beynəlxalq ictimaiyyəti Gürcüstan hökumətinə diplomatik təzyiq göstərməklə, İvanişvili və onun tərəfdaşlarına qarşı iqtisadi sanksiyalar tətbiq etməklə həyatımı xilas etmək üçün mümkün olan hər şeyi etməyə çağırıram. Mənim ölümüm Gürcüstanda siyasi xaosa səbəb ola bilər, amma eyni zamanda şəhidliyim şübhəsiz Putinin qələbəsi sayılacaq. Bu regionun və bəlkə də dünyanın bütün liderləri güc simvolu olan Rusiya imperializminə müqavimət göstərə bilməyəcək. Bununla belə, ABŞ Konqresi və Bayden administrasiyası sanksiyalar, iqtisadi embarqolar, maliyyə vəsaitlərinin dondurulması və viza məhdudiyyətləri vasitəsilə mənim azadlığımı təmin etmək üçün Aİ ilə işləyə bilsə, bu, Putinə nəinki daha bir zərbə vuracaq, həm də ona güclü siqnal verəcək. Bu, həm də ABŞ və Avropanın hələ də demokratiya, ədəb və ədalət ideallarına sadiqliyinin nümayişi olacaq”.

Rasim

“AzPolitika.info”

Şərhlər

Vahid 2023-04-07 23:41:22

Avropanın oyununa düşdü yazıq.Allah qurtarsın

musa 2023-04-07 22:50:59

millətin bədbəxtliyi dəyərli insanlarını müdafiə edə bilməməsidir . saakaşvili kimi şəxsiyyəti rusa qurban verirlər

dadaşyev 2023-04-07 18:43:14

Hətta qaişniklərin rüşvət almadığı Gürcüstana demokratiyanı gətirən böyük insan.Xarici ölkələrdən mədət ummaq mənasızdı.Bəşəriyyət leş üstünə gələn çaqqal-çuqqal,qarğa-quzğun kimi didişməkdədir.Səni gürcü xalqı müdafiə etməlidir.Bir qanunun qəbul edilməsinə qarşı küçələrə axışan gürcülər sən boyda insanı görmürlərmi?Bu axı böyük haqsızlıqdır.

Roma 2023-04-07 17:44:43

Mən Saakaşvilinin bu halına çox acıyıram, inanın ürəyim para-para olur. Onu tezliklə xilas etməsələr, ölümü labüddür, cəmi il yarım müddətdə o nə hala düşüb, ucaboy, yaraşığlı, tam sağlam cüssəli, bizim deyərdim ki, dostumuz. Axı bu dünyanın əksər dövlət başçıları ilə dostluğu vardı, bəs nə əcəb onu ordan çıxarıb, aparıb müalicə edib ayağüstə qaldırmırlar?????

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol