Türkiyənin müxalif Demokratik Sol Partiyası (DSP) mayın 14-də keçiriləcək prezident seçkisində “Cümhur İttifaqı”nın namizədi, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcək.
“AzPolitika.info” xəbər verir ki, bunu DSP sədri Önder Aksakal deyib.
“Bu seçkilərdə dövlət başçımız Rəcəb Tayyib Ərdoğanı dəstəkləməyə qərar verdik”, - deyə DSP sədri bildirib.
O, R.T.Ərdoğana seçkilərdə uğurlar arzulayıb.
“Biz mayın 14-də baş tutacaq parlament seçkilərində öz siyahımızla iştirak etməyəcəyik. AK Partinin siyahısında olacağıq”, - DSP lideri əlavə edib.
Qeyd edək ki, DSP 1985-ci ildə Türkiyənin keçmiş Baş naziri Bülent Ecevit tərəfindən yaradılıb.
Dünən DSP-ni ziyarər edən "Millət İttifaqı"nın namizədi, CHP sədri Kamal Kılıçdaroğlu Öndər Aksakalın dəstəyni almağa çalışsa da, buna nail ola bilmədi. DSP sədri Türkiyənin milli maraqlarının "qırmızı cizgiləri" olduğunu bəyan edərək, terrorçulrla birgə hərəkət edən birinə dəstək verməyəcəklərini açıqlamışdı.
Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.
“AzPolitika.info”


Şərhlər