“Sosial şəbəkələrdə ABŞ-ın Ukrayna, Yaxın Şərq ölkələri və Çinlə bağlı yeni məxfi sənədlər toplusu yayılıb”.
“Azpolitika.info” xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Məqalədə qeyd olunur ki, ümumilikdə yüzdən çox sənəd dərc olunub. O cümlədən, uzun müddətdir döyüşlər gedən Baxmutun hərbi xəritəsi və "Çin, Hind-Sakit Okean hərbi teatrı, Yaxın Şərq haqqında gizli müzakirələr və terror təhlükəsi ilə bağlı məlumatlar yer alıb.
Pentaqonun keçmiş yüksək rütbəli rəsmisi Mick Mulroy məlumat sızmasını “əhəmiyyətli təhlükəsizlik pozuntusu” kimi qiymətləndirib. O hesab edir ki, bir çoxu sənədlərin fotoşəkilləri olan fayllar Ukrayna, ABŞ və NATO-nun səylərinə zərər vurmaq istəyən biri tərəfindən qəsdən yerləşdirilib.
ABŞ kəşfiyyatının yüksək rütbəli rəsmisi sızıntını Avstraliya, Kanada, Yeni Zelandiya, Böyük Britaniya və ABŞ-ın kəşfiyyat alyansı olan “Beş Gözün” kabusu” adlandırıb.
Xatırladaq ki, “New York Times” bir gün əvvəl Ukraynanın yaxınlaşan hücumu ərəfəsində ABŞ-ın ona kömək etmək planları ilə bağlı dərc edilmiş gizli sənədlərin ilk hissəsi haqqında məlumat yaymışdı.
Pentaqonun ilk sızıntının mənbəyini axtardığı məlumdur. Ukrayna Prezidentinin Aparatında bunu “fotoşop” və “virtual psevdodrain” adlandırırdılar. Məlumatın sızmasını şərh edən Moskva ABŞ və NATO-nun Ukraynadakı münaqişədə birbaşa və ya dolayısı ilə iştirakına zərrə qədər də şübhə etmədiyini bildirib.
Rasim
“AzPolitika.info”


Şərhlər