Abşeronda iki azyaşlı bacını avtomobil vurub. “Report”un xəbərinə görə, Musayev Yunus Elçin oğlu Abşeron rayonu, Novxanı kəndində idarə etdiyi “Kia Optima” markalı avtomobil ilə piyadalar - 2013-cü il təvəllüdlü Hüseynli Gülər Rəhman qızını və 2014-cü il təvəllüdlü Hüseynli Gülnur Rəhman qızını vuraraq ağır xəsarət yetirib.
Qeyd olunub ki, Gülər Hüseynli aldığı xəsarətlərdən müalicə aldığı 1 saylı Kliniki Tibbi Mərkəzdə ölüb.
Faktla bağlı cinayət işi başlanıb və istintaq aparılır.


Şərhlər
Belə sürücünü lənətə gəlsin!Yaşayış məntəqələırində sürət saatda 50-60 km olmalıdır.Belə sürət zamanə yləc maşını yavaşıdır,piyada xəsarət alsa da ölmür.Güman ki sürücü narkotika qəbul edib.