"UNEC rektoru professor Ədalət Muradovun müvafiq əmri ilə həmin Mərkəzə sədr təyin olunmuşam. Belə bir vacib mərkəzin yaradılmasına görə professor Ədalət Muradova təşəkkür edirəm. Məqsəd elmi nəaliyyətlərin anlaşılmasının əhatə dairəsini genişləndirmək, uşaqlarda və tələbələrdə elmə marağı gücləndirməkdir".
"AzPolitika.info” xəbər verir ki, bu fikirləri deputat Etibar Əliyev öz "facebook" səhifəsində paylaşdığı yazıda qeyd edib.
Deputatın daha sonra qeyd edib: "Qədim dövrlərdən indiyə qədər cəmiyyətlərin elmə münasibətləri fərqli olub. Hələ Antik dövrdə Aristotelin yazdığı "Fizika", "Astronomiya", "Siyasət" və "Estetika" əsərləri Yunanıstanın bütün savadlı adamları üçün başa düşülən idi. Bunu yunan təhsilinin mükəmməliyi ilə bağlayırlar.
Nyutonun "Natural fəlsəfənin riyazi başlanğıcı" əsəri bütün fiziklər üçün ən marqlı kitab olub. Ancaq geniş oxucu kütləsi üçün mürəkkəbdir. Nyutonun özü belə hərəkət və qravitasiyanı geniş oxucalara başa salmaq imkanında deyildi. Onun əsərinin vacibliyini anlayan Volter əsəri götürüb fransız cəmiyyətinə başa saldı və fransız dilnə tərcüməsini təşkil etdi. Böyük fizik, Nobel mükafatı laureatı Stiven Vaynberq özünün “Birinci 3 dəqiqə” kitabı haqqında yazır: "Bu kitabda kifayət qədər maraqlı mətnlər var. Ancaq formul yoxdur. Kitaba əlavədə mən o riyazi incəlilkəri vermişəm ki, bunu orta məktəb şagirdləri də başa düşsünlər." Vaynberq haqlı olaraq yazır ki, Elmi –populyar mətnlərin polemika stili İslam elmində dünyaya gəlib. Burada əsas diqqət elmi dəyərin islama olan münasibətindən gedirdi.
Diqqətlə izləsəniz, görərsiniz ki, həyatda olan bütün Nobel mükafatı laureatları və görkəmli alimlər elmin populyarlaşdırılması ilə məşğuldurlar. Məqsəd elmə olan marağı artırmaqdır. Azərbaycanda Elmin Populyarlaşdırılması Mərkəzinin yaradılması yeni layihədir və düşünürəm ki, yaxşı nəticələr əldə edəcəyik.
Mərkəz dəyərli alimlərimizlə bu sahənin inkişafı üçün əməkdaşlıq edəcək. Bütün elm sahələri üzrə sanballı ədəbiyyatların tərcüməsini təşkil edəcək. Mərkəzdə diskussiyalar və elmi disputlar təşkil olunacaq. Xaricdə yaşayan azərbaycanlı və türk alimlərlə sıx əməkdaşlıq quracağıq.
P.S. Fizika üzrə Nobel mükafatı laureatı Stiven Vaynberq "Müasir elmin mənbələri" kitabı ilə fizika elmini mükəmməl şəkildə populyarlaşdırıb. Həmin kitabı oxumasaydım, bilməzdim ki, Kopernik "heliosentrik sistem" ideyasını "Tusi cütlüyü"ndən oğurlayıb".

Şərhlər
Bu səbəbdən də UNEC-i tərifləyir
Təbriklər etibar müəllim